08.10.2018 16:29
2015
2015

"Real Madridin"in baş məşqçisi istefaya göndərilə bilər. Komanda rəhbərliyi hazırda klubsuz olan italiyalı mütəxəssis Antonio Konteni bu posta ən yaxşı namizəd hesab edir.
Madrid təmsilçisi ölkə çempionatında artıq üçüncü oyundur ki, qələbə üzünə həsrət qalıb. Komanda 8 turdan sonra turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.Klubun uğursuzluğu baş məşqçinin təzyiqlərlə üzləşməsinə səbəb olub. Lopeteqinin taleyinə oktyabrın 28-də aydınlıq gətiriləcək. Həmin gün "Real Madrid" əzəli rəqibi "Barselona" ilə qarşılaşacaq. (Goal.az)