çərşənbə axşamı, 30 aprel 2024

DÜNYA FUTBOLU

Neymar: "Mbappe fenomenal futbolçudur"

08.10.2018 19:23 Oxundu 2375

Fransa çempionatının 9-cü turunda "Lion"u darmadağın edən (5: 0) PSJ-nin braziliyalı hücumçusu Neymar oyundan sonra komanda yoldaşı Kilian Mbappe haqqında xoş sözlər deyib. "Kilian komandanın əsas oyunçularından biridir. Yaşının az olmasına baxmayaraq, o danışanda hər kəs onu dinləyir. Mənim üçün o bir fenomendir. İnşallah Kilian önümüzdəki bir neçə il içərisində bu şəkildə oynamağa davam edəcək və gələəkdə futbol ona minnətdar olacaq",- deyə "cempion az" "goal.com"a istinadən xəbər verir .