bazar, 17 fevral 2019

DÜNYA FUTBOLU

Antuan Qrizmann: "Mbappa "MY"-li Ronaldonu xatırladır".

09.10.2018 16:01 Oxundu 284

"Atletiko"nun qolçusu Antuan Qrizmann Fransa yığma komandasında oyundaşı olan "PSJ"li Kilian Mbappeyə heyran olduğunu bildirib.

Cempion.az-ın mlumatına görə futbolçu bu barədə " France Football" nəşrinə açıqlama verib:

Mbappe möhtəşəm oynayır. O, mənə Ronaldonun "Mançester Yunayted"dəki illərini xatırladır. O da cinahda oynayır, topla savadlı davranır, qollar vurur, amma qol vutrmaq üçün alışıb-yanmır. Kilian əgər qol vurmaq barədə düşünsə, Ronaldo qədər qol vura bilər. O, qol vurmaq üçün cərimə meydançasına atılmır. Topu qolun vurulmasına hazırlayır. Biz birlikdə məşq edərkən, o, demək olar ki, qol vurmur. Öz-özümə sual verirəm ki, o bu qədər qolu necə vurub? Qol vurmağı qarşısına məqsəd kimi qoysa, düşünürəm ki, daha çox qol vuracaq".