cümə, 29 mart 2024

BİZİM FUTBOL

“Qəbələ”dən böyükhesablı qələbələr

10.10.2018 09:47 Oxundu 2097

“Qəbələ” futbol akademiyasının aşağı yaş qruplarından olan komandalar növbəti oyunlarını keçiriblər. Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, AFFA-nın təşkil etdiyi liqalarda qüvvələrini sınayan bölgə təmsilçisinin komandaları ötən həftə keçirdikləri 9 görüşdə 6 qələbə qazanıb, 1 heç-heçə edib və 2 matçda uduzublar.

“Səbail”in qonağı olan U-17 qələbə qazanıb – 4:1. U-16 evdə “Zirə” ilə məhsuldar heç-heçə edib – 3:3. “Mil-Muğan”ı qəbul edən U-15 14 cavabsız qolla qalib gəlib. U-13 Liqasının paytaxt zonasında çıxış edən “Qəbələ” “Xəzər”ə uduzub – 2:4. Şimal- U-12 Liqasının Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan “qırmızı-qaralar” UGİM-ə (Yevlax) 7:1, UGİM “Qəbələ” isə UGİM-ə (Ağdaş) 2:0 hesabı ilə qalib gəlib.

UGIM “Rabitəçi” (Yevlax) ilə qarşılaşan U-11 komandası 8:1 hesabı ilə qələbə qazanıb. U-10 Liqasında “Qəbələ” UGİM-ə (Yevlax) 16:0 hesabı ilə qalib gəlib, UGİM “Qəbələ” UGIM “Rabitəçi”yə (Yevlax) uduzub - 5:6.