cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

"Yuventus" Di Mariyanı almaq istəyir -pulsuz

10.10.2018 13:34 Oxundu 2094

"Yuventus" "PSJ"-nin yarımmüdafiəçisi Angel Di Mariya ilə maraqlanır. İtalyan mətbuatının məlumatına görə, Turin klubu argentinalı yarımmüdafiəçini PSJ ilə oyunçunun müqaviləsi başa çatdıqdan sonra gələn ilin yayında pulsuz almaq istəyir. Ancaq futbolçunun mövsümdə 10 milyon avro maaş alması "Yuventus"u qayğılandırır. "Qaca senyora" ilə yanaşı, bəzi ingilis klubları da Di Maria ilə maraqlanır.