cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Belçika liqasında korrupsiya yoxlamaları başlanılıb

10.10.2018 14:13 Oxundu 2291

Belçika polisi yerli futbol liqasındakı mümkün cinayətlərə görə geniş əməliyyata başlayıb.

Əməliyyat zamanı bir neçə nüfuzlu futbol agenti, klub nümayəndəsi və hakim saxlanılıb. Əməliyyat çərçivəsində əsasən “Brügge”nin baş məşqçisi İvan Leko dindirilir.

Bundan başqa, “Anderlext”, “Brügge” və “Lokeren” də daxil olmaqla Belçika liqasının 10 klubunun ofisində axtarış aparılıb. Məlumata görə, hüquq-mühafizə orqanları klubların korrupsiya, çirkli pulların yuyulması və danışılmış oyunlarda iştirakına dair məlumat əldə etdikdən sonra əməliyyat keçirib.

(Qol.az)