bazar, 17 fevral 2019

DÜNYA FUTBOLU

"Kievo"da yeni baş məşqçi

10.10.2018 17:01 Oxundu 272

İtaliyanın “Kievo” klubuna yeni baş məşqçi təyin olunub.

Cempion.az xəbər verir ki, komanda Can Pyero Venturaya həvalə olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Təcrübəli mütəxəssislə 2 illik müqavilə imzalandığı qeyd edilib.

Qeyd edək ki, “Kievo”nun baş məşqçisi Lorentso D'Anna idi. Lakin komandanın uğursuz çıxışı səbəbindən ötən gün onunla yollar ayrıldı. A Seriyasında geridə qalan 8 turdan sonra qələbəsi olmayan “Kievo” -1 xalla sonuncu pillədə qərarlaşıb.