cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Fritz Stuçlik klub rəhbərləri ilə görüçüb

10.10.2018 17:12 Oxundu 2170

Bu gün AFFA-nın inzibati binasında Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Fritz Stuçlik Topaz Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri və nümayəndələri ilə görüş keçirib. Tədbirdə fikir mübadiləsi aparılıb, klub nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, müvafiq tövsiyələr verilib, bu cür görüşlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb.