şənbə, 16 fevral 2019

DÜNYA FUTBOLU

Ali Koç: “Koku yoxlama oyunlarında oynatdığı futbolu hələki komandaya yansıda bilmir”

10.10.2018 17:46 Oxundu 241

Bir neçə gündür Türkiyə gündəmində “Fənərbaxça”da baş məşqçi dəyişikliyi ilə bağlı məlumatlar yer alırdı. Həmin xəbərlərin hamısına bu gün aydınlıq gəldi. Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubun prezidenti Ali Koç FB tv-yə açıqlamalarında maraqlı məlumatlar verib. O deyib: “ Mövsümə pis başladıq. Koku yoxlama oyunlarında oynatdığı futbolu hələki komandaya yansıda bilmir. Azarkeşlər istədi deyə mənim Ərsun Yanalı gətirməməyim doğru deyil. Sadəcə olaraq biz Ərsun Yanalla uzun müddəti planlar qura biləcəyimizi düşünmürəm. Baş məşqçimiz çox əziyyət çəkir. Bütün uğursuzluqları məşqçiyə bağlamaq düzgün deyil. Ona görədə Kokuyla yolumuzu davam etdirəcəm. Klubumuzla adı keçən mütəxəssislərin heç biri ilə görüşməmişik. Yayılan xəbərlər doğru deyil”.