çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

Elxan Məmmədov Londonda keçirilən sammitdə iştirak edib

10.10.2018 17:54 Oxundu 2138

İngiltərənin paytaxtı London şəhərində, “Stenford Bric” stadionunda “Leaders in sport” sammiti keçirilir.

Cempion.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, tədbirdə müxtəlif idman növləri üzrə dünyanın bir çox ölkələrini təmsil edən federasiyaların rəsmiləri ilə yanaşı idmana bu və ya digər şəkildə bağlılığı olan tanınmış şirkət və təşkilatların təmsilçiləri də iştirak edir. 2019-cu ildə Bakıda təşkil olunacaq UEFA Avropa Liqası turnirinin final qarşılaşmasının yerli təşkilat komitəsinin üzvləri də sammitdə təmsil olunur.

Nümayəndə heyətinin rəhbəri, AFFA-nın baş katibi Elxan Məmmədov sammitdə bir sıra rəsmi şəxslərlə işgüzar görüşlər keçirib.