cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Belhandanın əvəzinə hücumçu təklif edildi - İDDİA

13.10.2018 15:02 Oxundu 2197

Göstərdiyi oyunu ilə ümidləri doğrultmayan “Qalatasaray”ın yarımmüdafiəçisi Belhandanın komandasını dəyişəcəyi bildirilir. Cempion.az xarici mətbuata istinadən xəbər verir ki “Nitsa” klubunun rəhbərliyi Belhandanı heyətinə qatmaq istəyir. Onlar bunun qarşılığında Balotellini cimboma təklif ediblər. “Qalatasaray” rəhbərliyi bu mövzu haqqında baş məşqçi Fatih Tərimlə danışacaqlar. Təcrübəli baş məşqçi müsbət cavab verərsə dəyişiklik baş tutacaq. Qeyd edək ki, hal hazırda İstanbul klubu ön xətdə problem yaşayır və bu keçid real görsənir.