1401
Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Bu mərhələdəki təmsilçilərimizdən “Neftçi” öz meydanında Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşıb. Oyun qolsuz bərabərliklə başa çatıb. Düz 11 oyundu ki, öz meydanında qələbə sevinci yaşaya bilməyən "ağ-qaralar" bu dəfə də sindromu qıra bilməyib.Dörd illik qalibiyətsiz seriya qeyri-müəyyən vaxta qədər davam edəcək.O qədər də maraqlı və həyəcanlı keçməyən qarşılaşmada komandaların bir neçə dəfə fərqlənmək şansı olsa da, yekunda qeyri-dəqiqlik buna mane olub.
Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftə sonra Makedoniyada baş tutacaq.
Avropa Liqası
II təsnifat mərhələsi (İlk oyunlar)
14 iyul
“Neftçi” (Azərbaycan) – “Şkendiya” (Makedoniya) - 0:0
Baş hakim: Sergey Sinkeviç
Baş hakimin köməkçiləri: Yevgeni Romanov, Vitali Malitsin
Dördüncü hakim: Viktor Şimusik (hamısı Belarus)
Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya)
UEFA nümayəndəsi: Dimitri Bokeriya (Gürcüstan)
Bakı. 8-ci km stadionu
“Neftçi”: 1. Kreşvan Santini, 3. Jayro, 7. Araz Abdullayev, 11. Ruslan Qurbanov, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 22. Vançe Şikov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 80. Edson Kastilyo
Ehtiyat oyunçular: 66. Kamran İbrahimov, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 10. Cavid İmamverdiyev, 26. Kamal Qurbanov, 41. Ömər Buludov, 95. Elmin Bədəlov
Baş məşqçi: Vəli Qasımov
“Şkendiya”: 1. Kostadin Zahov, 4. Edzon Beytulay, 5. Armend Alimi, 6. Ardian Cuculi, 7. Besart İbraimi, 10. Feran Hasani, 14. Maryan Radeski, 18. Stenio Junior, 23. Beşir Demiri, 77. Blaqoja Todorovski, 88. Stefen Vuyiçiç
Ehtiyat oyunçular: 12. Yovanovski, 11. İmeri, 16. Murati, 19. Boyku, 20. Viktor Yufo, 27. Taipi, 33. Polozani
Baş məşqçi: Bruno Akrapoviç