17.10.2018 13:24
2108
Avropa Atletika Federasiyası oktyabrın 26-sı mövsüm ərzində uğur qazanmış idmançıları mükafatlandıracaq. Cempion.az xəbər verir ki, namizədlər arasında Ramil Quliyev də var. Türkiyə komandasının heyətində dünya və Avropa çempionu olmuş həmyerlimiz Ramil Quliyev “İlin Atleti” mükafatını almaq üçün keçirilən səsvermədə finala yüksəlib.