şənbə, 20 aprel 2024

DİGƏR NÖVLƏR

İdman tarixinin rekord məbləğdə müqaviləsi imzalandı

18.10.2018 09:43 Oxundu 2183

WBC, WBA Super və IBO versiyaları üzrə orta çəki dərəcəsində dünya çempionu meksikalı Saul Alvares idman tarixində rekord məbləğində müqavilə imzalayıb. Cempion.az “Rosbalt” agentliyinə istinadla xəbər verir ki, boksçu DAZN striminq servisi ilə müqavilə imzalayıb.

S. Alvaresin 365 milyon dollar alacağına zəmanət verilib. Müqavilə yaxın beş il ərzində boksçunun 11 döyüşünün yayımını nəzərdə tutur. İlk döyüş dekabrın 15-də Nyu-Yorkda WBA titulu uğrunda britaniyalı Rokki Fildinqə qarşı keçəcək.

Əvvəlki rekord 2014-cü ildə amerikalı beysbolçu Cankarlo Stentom tərəfindən müəyyənləşdirilib. O, 325 milyon dollara MLB “Mayami Marlinz” klubu ilə müqavilənin müddətini 13 il uzadıb.