21.10.2018 22:20
2334
Məlum olduğu kimi, İspaniya çempionatının 9-cu turunda keçitrilən “Barselona”- “Sevilya” oyunun 26-cı dəqiqəsində zədələnən Messi oyunu davam etdirə bilməyərək əvəz olunmuşdu. Klubun mətbuat xidmətindən verilən xəbərə görə, həkim müayinəsindən sonra hücumçunun qolunda sınıq aşkarlanıb. Bu səbəbdən Messi üç həftə meydançaya çıxa bilməyəcək. Qeyd edək ki, “Barselona” növbəti oyunda “Real”la qarşılaşacaq. Katalonların kapitanı həm bu oyunu, həm də Çempionlar Liqasının növbəti oyunlarını buraxmalı olacaq. Ümumilikdə, Messinin növbət 6 oyunda iştirak edə bilməyəcəyi bildirilir.