22.10.2018 10:59
2092
Kriştiano Ronaldo daha bir rekorda imza atıb. Cempion.az xəbər verir ki, “Cenoa” ilə oyunda fərqlənən portuqaliyalı ulduz Avropanın ən güclü liqalarında 400-cü qola imza atan ilk futbolçu kimi tarixə düşüb. Hücumçu bu qolların 84-nü “Mançester Yunayted”in, 311-ni “Real Madrid”in heyətində aktivinə yazdırıb.