şənbə, 19 iyul 2025

DİGƏR NÖVLƏR

Azyaşlı karateçilərimizdən uğurlu nəticə

23.10.2018 13:17 Oxundu 2342

Azərbaycanın 6-15 yaşlı karateçiləri İranda keçirilən yarışda uğurlu nəticə əldə ediblər. Cempion.az xəbər verir ki, Sumqayıt karate məktəbinin yetirmələri Rafael Məmmədov və Elnurə Ramazanova rəhbərliyi altında “Tehran Open” beynəlxalq turnirində 5 qızıl, 5 gümüş, 4 bürünc olmaqla ümumilikdə 14 medal qazanıblar.