şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

“Qarabağ”dan azarkeşlərə müraciət

23.10.2018 16:58 Oxundu 2393

“Qarabağ" azarkeşlərə müraciət ünvanlayıb. Cempion.az klubun saytına istinadən müraciəti sizə bildirilir: "UEFA Avropa Liqasının qrup mərhələsinin III mərhələsində “Qarabağ”ımız oktyabrın 25-i Bakı Olimpiya Stadionunda "Vorskla"nı qəbul edəcək. Azarkeşlərimizin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq klubumuz tərəfindən azarkeşlərin xidmətində olacaq. Azarkeşlərimiz avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl- saat 17:55-dən etibarən istifadə edə bilər".