cümə, 18 iyul 2025

DÜNYA FUTBOLU

“AEK” “Bavariya” ilə oyuna üzərində Türkiyə şəhərlərini adı yazılmış avtobusla gəldi - FOTO

24.10.2018 10:48 Oxundu 2630

Çempionlar Liqasında “Bavariya” ilə qarşılaşan və 0:2 hesabı ilə uduzan AEK matç üçün stadiona yeni avtobusu ilə gəlib. Avtobusun üzərində Anadolu şəhərlərinin adları var: İstanbul, Trabzon, Amasya, Tokat, Kayseri, Konya, Akhisar, Bandırma, Çeşmə, Berqama, Efes və Trilye..
94- il öncə İstanbulda qurulan və ardından Afinaya köçən klubun hərflərinin açılımı belədir - Athlitiki Enosis Konstantinoupoleos (İstanbul İdman Klubu). Yunan klubunun Aya Sofiya məbədinə oxşar stadionunun inşası da davam edir.


(qafqazinfo.az)