cümə, 18 iyul 2025

BİZİM FUTBOL

"Qəbələ" növbəti mərhələdə

24.10.2018 16:53 Oxundu 2218

"Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin cavab oyununda Moldovanın Tiraspol şəhərinin “Şerif” komandsı ilə cavab görüşündə 3:1 hesabı ilə qələbə qazandı.

Oyunun birinci hissəsini sonra həmyerlilərimiz 1:0 hesabı ilə irəlidə başa çatdırdılıar. Topu oyunun 43-cü dəqiqəsində Samir Qurbanov vurdu.

Meydança sahibləri ikinci hissəyə fəal başladılar. Onlar 52-ci dəqiqədə penalti vurmaq hüququ qazandılar və Nihayev bu fürsəti əldən vermədi-1:1.

Bundan sonra komandamız hücumların kəsərini artırmağa başladı. Bu da 62-ci dəqiqədə öz bəhrəsini verdi. Qurbanov yenidən komandasını irəli çıxardı - 2:1. Meydan sahibləri oyuna mərkəzdən başlayan kimi komandamız topu ələ keçirib növbəti hücuma başladı. Bu hücum zamanı "Şerif"in müdafiəçiləri çaş-baş qalıb topu öz qapılarından keçirdilər - 3:1.

Hakimin final fiti "Qəbələ"nin növbəti mərhələyə keçidini rəsmləşdirdi.

Xatırladaq ki, ilk görüş 1:1 hesabı ilə nəticələnmişdi.

"Şerif"1-3 "Qəbələ" (Samir Qurbanov, 43 (0:1), Vsevolod Nihaev, 53-pen. (1:1), Samir Qurbanov, 62 (1:2), Dijinari, 63-avtoqol (1:3)

Növbəti mərhələdə "Qəbələ"nin rəqibi "Lex"-"Herta" cütünün qalibi olacaq. Bu cürtlüyün ilk oyunu 2:0 hesab ilə "Herta"nın xeyrinə qurtarıb. Cavab görüşü bu dəqiqələrdə start götürəcək.