
"Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin cavab oyununda Moldovanın Tiraspol şəhərinin “Şerif” komandasına 3:1 hesabı ilə qalib gələrək Azərbaycan futbolu tarixində Gənclər Liqasında mərhələ adlayan ilk komanda olub.
Növbəti mərhələdə "Qəbələ"nin rəqibi "Lex"-"Herta" cütünün qalibi olacaq. Bu cürtlüyün ilk oyunu 2:0 hesab ilə "Herta"nın xeyrinə qurtarıb. Cavab görüşünün birinci hissəsində "Herta" rəqibin qapısından 2 top keçirib. İndi "Lex"in mərhələ adlaması üçün ikinci 45 dəqiqədə 5 qol vurması lazımdır. Nəzəri cəhətdən bu mümkün olsa da, faktiki olaraq çətin məsələdir. Bu isə o deməkdir ki, "Qəbələ" növbəti mərhələdə Almaniya təmsilçisi "Herta" ilə qarşılaşacaq.