
FİFA İspaniya çempionatının bəzi oyunlarının ABŞ-da keçirilməsinə qarşıdır.
İspaniya La Liqası bu ilin yayında Həmkarlar İttifaqları və klublarla məsləhətləşmədən İspaniya çempionatının bəzi matçlarının ABŞ-da və Kanadada keçirilməsi barədə 15 illik kontrakt imzalayıb. Bu kontrakta uyğun olaraq La Liqanın rəhbərliyi gələn il yanvarın 26-da milli birinciliyin 21-ci turundakı "Barselona"- "Jirona" oyununu Mayamidəki “Hard Rock” stadionunda keçirilməyi planlaşdırır.
La Liqanın bütün üzvləri rəhbərliyin bu qərarına etiraz əlaməti olaraq tətil keçirmək niyyətindədirlər.
İspaniya Kral Futbol Federasiyası (RFEF) bundan əvvəl həmin oyunun ABŞ-da keçirilməsinin əleyhinə olduğunu bildirib. Çox güman, FİFA da RFEF-i dəstəkləyəcək və çempionatın həmin görüşünün Mayamidə keçirilməsini qadağan edəcək.