
Ötən həftə - 20-21 oktyabr tarixlərində Mərakeşin Kasablanka şəhərində veteran samboçular arasında keçirilən dünya çempionatında qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı qaldırılıb.Cempion.az xəbər verir ki, bu barədə məlumat və fotolar seperatçı rejimin nəzarətində olan KİV-lərdə yayılıb.
Beynəlxalq Sambo Federasiyasının rəsmi tədbirinə seperatçı rejimin bayrağının daxil edilməsi beynəlxalq hüquq normalarına zidd olmaqla bərabər Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş açıq təxribatdır. Dünya çempionatında iştirak edən və 74 kiloqram çəki dərəcəsində 3-cü yerin sahibi olan Azad Andryan yarış meydanında seperatçı rejimin bayrağını dalğalandırıb.
Azərbaycan idmançılarının iştirak etmədiyi və dünyanın 30-dan çox ölkəsindən veteran samboçuların qatıldığı dünya çempionatında baş verən bu təxribata nə Xarici İşlər Nazirliyi, nə də Azərbaycan Sambo Federasiyasından (ASF) münasibət bildirilməyib.
Məsələ ilə bağlı Azərbaycan Sambo Federasiyası ilə saxladıq. Telefonda suallarımızı cavablandıran Federasiyanın xanım əməkdaşı məsul şəxlərin hazırda Azərbaycanda olmadığını və özünün isə bu barədə məlumatsız olduğunu bildirdi