25.10.2018 13:24
2440

Məşhur hollandiyalı futbolçu Robin Van Persi yerli mətbuata karyerası ilə bağlı açıqlama verib. Cempion.az xəbər verir ki, 35 yaşlı hücumçu bunları deyib: “ Futbolu daha tez başa vura bilərdim. Lakin istədim ki, gənc futbolçular təcrübələrimdən yaralansın. Çünki bir kubok qazanmaqdan daha önəmli təcrübəli olmaqdır. Əks halda heç bir uğur əldə edə bilməzsiniz. Karyeramı başa vurmaq istəyirəm. Ümumi keçmişimdən zövq aldığımı düşünürəm. Ona görə də bu mövsümün sonunda karyeramı başa vuracam”.