25.10.2018 16:59
2460

UEFA ötən mövsüm klubların Çempionlar Liqasından əldə etdikləri gəliri açıqlayıb. Cempion.az xəbər verir ki, ötən il ölkəmizi təmsil edən Ağdamın “Qarabağ” klubu ÇL-dən 16 milyon 819 min avro qazanıb. Bu məbləğin 2 milyonu pley-off qalibiyəti, 12,7 milyonu qrupa vəsiqə, 1 milyon qrupdakı oyunların nəticələrindən və 1 milyon 119 mini marketinq gəlirlərindən əldə olunub.