cümə, 18 iyul 2025

DÜNYA FUTBOLU

Çempionlar Liqasında ən çox qazanan komanda məlum oldu

25.10.2018 17:21 Oxundu 2664

UEFA ötən mövsüm klubların Çempionlar Liqasından əldə etdikləri gəliri açıqlayıb. Cempion.az xəbər verir ki, ən çox gəlir əldə edən klub “Real Madrid”dir. İspaniya təmsilçisi 88 milyon 654min avro gəlir əldə edib. İkinci yerdə 83 milyon 802 min avro ilə “Roma” qərarlaşır. 3-cü sıranın sahibi “Liverpul”un kassasına ÇL-dən 81 milyon 283 min avro daxil olub. İlk dörtlüyü 80 milyon 57 min avro ilə “Yuvetus” tamamlayır.