cümə, 18 iyul 2025

BİZİM FUTBOL

Qurban Qurbanov: “Futbolçularımızın ustalıq səviyyəsi bəzi anlarda çatmır”

26.10.2018 10:41 Oxundu 2766

UEFA Avropa Liqasında 3-cü tura yekun vurulub. Təmsilçimiz “Qarabağ” doğma meydanda “Vorskla” klubuna minimal hesablı məğlub olub. Görüşdən sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov məbuat konfrasnıda oyunla bağlı fikirlərini bildirib. Cempion.az xəbər verir ki, Qurbanov bunları deyib: “Qalib gəlmək istəyirdik alınmadı. Ən çox üzülən bizik. Futbolçularımızın ustalıq səviyyəsi bəzi anlarda çatmır. Bundan əlavə oyunçularımda 3-4 gündən bir oyun keçirdikləri üçün yorğunluq var. 3 fərqli turnirdə çıxış edirik. Ancaq buna baxmayarq heç bir fiziki və psixoloji yorğunluqları yoxdur. Fikirimcə pis oynamadıq. Dəyişikliklər özünü doğrultmadı. Məşqlər edirik mütəmadi toplanışlarımız, analizlərimiz olur. Alınmayanda alınmır. Buraxılan qolda qapıçının səhfi var idi. Müdafiəçiləri qınamaq olmaz. Qapıçı o topu tutmalı idi. Hər zaman futbolçularımın yanındayam və onlardan razıyam. Hər komanda uğursuzluğa düçar olur. Çalışacağıq ki bu zolaqdan çıxaq”.