
"Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin III turunda “Vorskla”ya 0:1 hesabı ilə məğlubiyyətdən sonra oyun haqda fikirlərini bildirib.
“Stadionda 12 minə yaxın azarkeş var idi. Bu görüşlər bizim üçün çox önəmlidir. Oyunda azarkeş sayı çox az oldu. Fanat çox olanda futbolçular da daha yaxşı oyun sərgiləyirlər. Amma bəhanə axtarmamalıyıq. Günahı özümüzdə tapmalıyıq. Oyunçular stadionların ən yaxşısında oynayırlar. Bütün imkanlar var. Düşünürəm ki, Qurban Qurbanov və kollektiv bu oyundan dərs çıxardı. Bizim başqa yolumuz yoxdur, sona qədər döyüşməliyik. Lazım olan oyunu göstərməliyik. Hədəfimiz “Qarabağ”ın adını bütün dünyaya çatdırmaqdır. Hesab edirəm ki, bu hamımızın məqsədi olmalıdır. Almeyda və digər yaxşı oyunçularımız komandadan ayrıldı. Onu geri qaytarmaq Qurban Qurbanovun işidir. Amma düşünürəm ki, komandalar bir oyunçudan asılı olmamalıdır. Gələcəkdə hər şeyin yaxşı olacağına ümid edirik"
(Report)