26.10.2018 11:43
2821

Yunanıstan Futbol Federasiyası milli komandanın baş məşqçisi ilə yollarını ayırıb. Cempion.az xarici mətbuata istinadən xəbər verir ki, Federasiya prezidenti Vangelis Qrammenos ölkə mətbuatına açıqlamasında bildirib ki, komandanın almaniyalı baş məşqçisi Mixael Skibbenin işinə son verilib. Onun yerinə isə Anqelos Anastassiadis gətirilib.