çərşənbə, 21 yanvar 2026

BİZİM FUTBOL

"Kəpəz" uduzdu

14.07.2016 21:54 Oxundu 2030

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Kəpəz" Avstriyada "Admira" klubununa qonağı olub. Oyun minimal -1:0 hesabı ilə ev sahibinin xeyirinə nəticələnib. Yeganə qolun müəllifi Starkl olub.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 20-də Bakıda keçiriləcək.

Xatırladaq ki, "Kəpəz" I təsnifat mərhələsində Moldovanın "Daçiya" klubunu (1:0) mübarizədən kənarlaşdırıb. Uzun müddət aradan sonra Avrokuboklarda çıxış edən və tarixində ilk dəfə mərhələ adlayan gəncəlilər bu uğurunun davamını gətirmək şansını saxlayır. Ancaq bu, o qədər də asan olmayacaq.

Avropa Liqası

II təsnifat mərhələsi (ilk oyunlar)

14 iyul

“Admira” (Avstriya) – “Kəpəz” (Azərbaycan) - 1:0

Qol: Starkl, 41

Baş hakim: Pavle Radovanoviç

Baş hakimin köməkçiləri: Dimitriye Mrqunoviç, Aleksandar Cikanoviç

Dördüncü hakim: Miloş Savoviç (hamısı Monreneqro)
Hakim-inspektor: Neyl Barri (İngiltərə)
UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)

Sankt-Polten. NV Arena

“Admira”: 28. Yörg Siebenhandl, 2. Fabio Strauss, 4. Stefan Zvierşits, 5. Tomas Ebner, 6. Markus Lakner, 7. Maksimilan Saks, 8. Kristof Knasmüllner, 17. Dominik Starkl, 20. Markus Paviç, 21. Markus Vostry, 27. Eldis Bayrami,

Ehtiyat oyunçular: 29. Kutton, 9. Vastiç, 10. Tot, 14. Kristof Monşeyn, 25. Veseli, 55. Ayyıldız, 93. Spiridonoviç

Baş məşqçi: Oliver Lederer

“Kəpəz”: 88. Tadas Simaitis, 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev, 10. Dario Junior, 13. Şəhriyar Rəhimov, 17. Nicat Qurbanov, 18. Tural Axundov, 25. Şəhriyar Əliyev, 36. Renan Alveş, 77. Serjinyo, 90. Julien Ebah

Ehtiyat oyunçular: 1. Əyyub Əliyev, 6. Ceyhun Cavadov, 9. Tural Qürbətov, 15. Azad Kərimov, 19. Orxan Əliyev, 21. Novruz Məmmədov, 23. Tural Nərimanov

Baş məşqçi: Şahin Diniyev