26.10.2018 13:08
2488

Mövsümün sonunda Neymarın “PSJ”dən ayrılacağı xəbərləri fransa mətbuatında yer almaqda davam edir. Cempion.az xarici mətbuata istinadən xəbər verir ki, parislilər Neymar ayrılacağı təqdirdə onun yerinə “Atletiko Madrid”in fransalı hüçumçusu Antuan Qrizmanı heyətinə qatacaq. Klub rəsmilərinin futbolçu ilə danışıdığı bildirilir. Qrizmanın özünündə bu transferə müsbət cavab verəcəyi gözlənilir. “PSJ” oyunçu üçün 150 milyon avro ödəyəcək. Qrizmnaın öz maaşı isə illik 35 milyon avro olacaq.