cümə, 18 iyul 2025

DÜNYA FUTBOLU

Arda Turan matçda fitə basıldı

28.10.2018 08:58 Oxundu 2728

Son zamanlar adı müğənni Berkay Şahinlə davada hallanan Başakşehir klubunun futbolçusu Arda Turan matçlardan birində fitə basılıb.

Konyaspor- Başakşehir qarşılaşmasının 83-cü dəqiqəsində Kerim Freinin yerinə oyuna daxil edilən Turan hər dəfə topu əlinə aldıqda azarkeşlər tərəfindən fitə basılıb.

Qeyd edək ki, Arda turan gecə klublarından birində Berkay Şahinin həyat yoldaşı Özlem Şahinə sataşdıqdan sonra sənətçinin burnunu qırıb, ona qarşı silah çəkib. (qafqazinfo)