cümə, 18 iyul 2025

BİZİM FUTBOL

"Qarabağ" "Neftçi"yə uduzdu

28.10.2018 18:45 Oxundu 2215

Bu gün Topaz Premyer Liqada 9-cu tura yekun vurulacaq.

Son oyun günündə 2 qarşılaşma keçiriləcək. Günün ilk matçında "Səbail" autsayderlər qrupunda yer alan "Keşlə" ilə üz-üzə gəlir.

Turun mərkəzi görüşü isə "Bakcell Arena"da olacaq. Burada çempionatın lideri "Neftçi" ikinci pillədə qərarlaşan "Qarabağ"ı qəbul edəcək. Zirvəni yaxından maraqlandıran görüşdə hər iki komanda meydana qələbə üçün çıxacaq.

Bu komandalar arasında ilk dövrədə "Azersun Arena"dakı görüşdə qalib müəyyənləşməmişdi - 1:1.

Qeyd edək ki, turun ilk iki oyunu dünən keçirilib.

Topaz Premyer Liqası, 9-cu tur

28 oktyabr (bazar)

17:00. “Neftçi” – “Qarabağ” - 3:1
Qollar:
Abbas Hüseynov, 10-avtoqol, (1:0), Mirabdulla Abbasov, 25 (2:0), Mahir Mədətov, 85 (2:1), Baqali Dabo, 88 (3:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə
“Bakcell Arena”

15:00. “Səbail” – “Keşlə” - 2:1
Qollar:
Yevgeni Koçuk, 24 (1:0), Fəhmin Muradbəyli, 29 (2:0), Denis Silva, 90+2 (2:1)
Qırmızı vərəqə: Yevgeni Koçuk, 48-ikinci sarı vərəqə ("Səbail")
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov
“Bayıl Arena”


27 oktyabr

18:00. “Sumqayıt” – “Qəbələ” - 2:2

16:00. “Sabah” – “Zirə” - 2:1

N

Klublar

O

Q

H

M

T/F

X

1

Neftçi

9

7

1

1

19-7

22

2

Qarabağ

8

5

1

2

14-10

16

3

Səbail

9

5

1

3

11-12

16

4

Sabah

9

5

1

3

8-9

16

5

Sumqayıt

9

3

2

4

10-11

11

6

Qəbələ

9

2

3

4

12-13

9

7

Keşlə

8

1

2

5

7-12

5

8

Zirə

9

1

1

7

7-16

4


Bombardirlər

Marko Deviç ("Sabah") -5 qol
Baqali Dabo ("Neftçi") - 5 qol
İnnosent Emeqara ("Qarabağ") - 4 qol

qol.az