
"Barselona"nın baş məşqçisi Ernesto Valverdi Elklasikodan sonra mətbuat konfransında maraqlı açıqlamalar edib. Bir çox mövzuya toxununan təcrübəli çalışdırıcı Lopeteqi haqqında da fikirlər söyləyib. Cempion.az xəbər verir ki, Valverde bunları deyib: "Lopeteqinin vəziyyətini başa düşürəm. Bütün işləri qaydasında deyil və bu çox çətin bir haldır. Onun başına gələn bu uğursuzluq mən də daxil olmaqla hər bir baş məşqçinin başına gələ bilər. Nə olacağını bilmirəm. Ancaq düşünürəm ki, vəzifəsindən uzaqlaşdırılması haqlı qərar olmaz". Messisiz oyun haqqında isə bunları söyləyib: "Messi zədələndiyində hər kəs necə oynayacağımızı düşünürdü. Biz oyunumuzla öz cavabımızı verdik. Buna baxmayaraq hər nə olur olsun Messi bizim üçün çox vacib amildir.