cümə, 18 iyul 2025

BİZİM FUTBOL

Mirabdulla Abbasov: "Bu gün çox böyük addım atdıq "

29.10.2018 13:20 Oxundu 3234

"Neftçi" hücumçusu Mirabdulla Abbasov "Qarabağ” üzərində qələbə sevincini klubun rəsmi saytı ilə bölüşüb. Komandaya faydalı olmaq üçün çalışdığını deyən gənc futbolçu azarkeşlərə minnətdarlığını bildirib: "Bu gün çox böyük addım atdıq. Çətin oyun olsa da, qələbə qazana bildik. Artıq növbəti qarşılaşma haqda düşünmək olar. O ki qaldı qol vurmağıma, komanda üçün faydalı olmağa çalışıram. Buna görə növbəti oyunlarda da əlimdən gələni edəcəyəm. Dəstək olduqları üçün azarkeşlərimizə təşəkkür edirəm”.