cümə, 18 iyul 2025

DÜNYA FUTBOLU

“Beşiktaş” Kariusu aldıqdan 2 ay sonra geri qaytarır

30.10.2018 14:40 Oxundu 2801

“Beşiktaş” icarəyə götürdüyü alman qapıçı Lorius Kariusu “Liverpul”a geri qaytarmaq istəyir.Cempion.az TASS-a istinadla xəbər verir ki, “Beşiktaş” bunun əvəzində belçikalı hücumçu Divok Oriqini icarəyə götürmək istəyir. O, 2014-cü ildən “Lil” və “Volfsburq” klublarında çıxış edib. L. Karius avqustun sonunda iki il müddətinə “Beşiktaş”a icarəyə verilib. İstanbul klubu alman qapıçının oyunundan narazıdır. 25 yaşlı L. Karius “Beşiktaş”da 9 oyun keçirib və 14 top buraxıb.