cümə, 18 iyul 2025

DÜNYA FUTBOLU

Kriştiano Ronaldo "Real Madrid" haqqında danışdı

30.10.2018 15:36 Oxundu 2384

Dünya şöhrətli futbolçu Kiştiano Ronaldo həyatında baş verən son hadisələr barədə "France Football" nəşrinə müsahibə verib. Cempion.az həmin müsahibəni sizə təqdim edir. İlk olaraq "Balondor" mükafatı haqqıda fikilərini bildirən futbolçu deyib: "Bu mövzuda heç bir şey fikirləşmirəm. Futbol tarixinin ən böyük oyunçularındanam. Əlbətdə bu mükafatı 6-cı dəfə qazanıb Lionel Messini arxada qoymaq istəyirəm. Əksini desəm yalançı olaram. Çıxdığım oyunlarda əlimdən gələni edirəm ki, komandam qalib gəlsin. Əziyyətimin qarşılığında mükafatı da qazanmaq istəyitəm".
Ronaldo "Real Madrid" klubu haqqında da maraqlı açıqlamalar verib. O, Eks komandası haqında bunları söyləyib: "Madriddə çox şey etdim. Dəyərli komanda yoldaşlarım və azarkeşlərlə möhtəşəm anlar yaşadım. Ancaq 9 ilin mənim üçün kifayət etdiyini düşündüm. Çünki Florentino Perez mənə həmişə şəriki kimi baxırdı. Buna çox əminəm. Mənə dediyi sözlərin ürəyindən gəlmədiyini süni olduğunu çox yaxşı bilirəm. Klub daxilində və xüsusi olaraq Perezin ətrafında mənə əvvəlki kimi münasibət göstərilmirdi. Əslində məni istəyirdilər ancaq eyni zamanda əgər komandadan ayrılsam onlara heç bir problem olmayacağını da deyirdilər. İlk gəldiyim vaxtlarda əsil Kriştiano Ronaldo olduğumu hiss etdirirdilər. Ancaq sonradan davranışları mənim ayrılmaq haqqında fikirləşmyimə səbəb oldu və ayrıldım. Hərdən xəbərlərdə ayrılmağı özümün istədiymi yazırlar. Bu qismən belə olsada tam olaraq doğru deyil həqiqət budur ki, rəhbərlik artıq məni istəmirdi. Pula görə keçidimin gerçəkləşdiyini deyirlər. Mən pula görə getsəydim, indi qazandığımın 5 qatını Çində verirdilər ora gedərdim. Sadəcə olaraq "Yuventus" məni istədi və bunu israrla etdi və mən də getdim. Ayrılmağım Zidanla da əlaqəli deyil. Zidanın da gedişi rəhbərilk haqqında olan fikirlərimdə doğru olduğumu bir daha təsdiqlədi".
Barəsində çıxan təcavüz xəbərlərinə də münasibət bildirərkən: "Bu hadisələrin həyatıma çox böyük mənfi təsiri oldu. Kriştiano Ronaldo kimi yox, bir ailə başçısı kimi yaşamışam həmişə və bu davranış da mənə yaraşmayan bir davaranışdı. Sevgilimə bunun doğru olmadığnı dedim. O da hər zaman yanımda olacağını bildirdi. Oğlum isə bu mövzuları anlaya biləcək yaşda deyil. Anam, qardaşım və bacılarım çox sarsıntı içindədirlər və hər kəsə hirslidirlər. Doğrular axır əvvəl bilinəcək. Bu gün məni müzkirə edib şəxsi həyatıma qarışanlar həqiqəti zamanı gələndə görəcəklər" deyib.