cümə, 18 iyul 2025

BİZİM FUTBOL

İntizam Komitəsinin qərarları

30.10.2018 16:45 Oxundu 2697

İntizam Komitəsi növbəti iclasını kecirib və AFFA-nın bayrağ altında təşkil olunan yarılarda baş vermiş intizam pozuntuları barədə qərarlar qəbul edib.

Topaz Premyer Liqasının IX turu

“Sumqayıt” – “Qəbələ” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 90+2-ci dəqiqəsində “Qəbələ” klubunun 10 №-li futbolçusu Rauf Əliyev ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 90+2-ci dəqiqəsində “Qəbələ” klubunun 27 №-li futbolçusu Bəhlul Mustafazadəyə göstərilən qırmızı vərəqə ləğv olunub.

Hakimlər Departamentinə ciddi nöqsanlara, düzgün olmayan qərarlara və protokolda ciddi səhvlərə yol verməsini nəzərə alaraq oyunun hakimi haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırması tapşırılıb.

“Səbail” – “Keşlə” matçının 49-cu dəqiqəsində “Səbail” klubunun 8 №-li futbolçusu Kucuk Evgeniy ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 5, “Qarabağ” klubunun 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub.

Oyunun 58-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

I Divizionun VIII turu

“Neftçi-2” – “Səbail-2” matçında “Neftçi-2” klubunun 4, “Səbail-2” klubunun 5 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunub.

Oyunun 90+1-ci dəqiqəsində “Səbail” klubunun 38 №-li futbolçusu Rubin Seyidov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.

Oyunun 90+2-ci dəqiqəsində "Səbail-2" komandası 2001-ci il təvəllüdlü Ədilxan Qarəhmədovu yerinə meydana 1997-ci il təvəllüdlü Nazim Kərimlini buraxaraq limiti pozmuşdur. Buna görə nəticəsi ləğv edilmiş və kluba 0:3 hesablı texniki məğlubiyyət verilmişdir

“Zaqatala” – “Sumqayıt-2” matçının 78-ci dəqiqəsində “Sumqayıt-2” klubunun 41 №-li futbolçusu Turan Manafov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

“Qaradağ Lökbatan” – “Şüvəlan” matçının 57-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Elçin Dərgahquliyev hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyun texniki zonadan kənarlaşdırılıb, klub 400 manat cərimə olunub.

“Keşlə-2” – “Qarabağ-2” matçının 34-cü dəqiqəsində “Qarabağ-2” klubunun 63 №-li futbolçusu Ayhan Arazlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

MOİK – “Ağsu” matçının 89-cu dəqiqəsində MOİK klubunun 27 №-li futbolçusu Sadiq Ağazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

“Sabah-2” – “Zirə-2” matçı başa çatdıqdan sonra “Zirə-2” klubunun 22 №-li futbolçusu Milad Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Zirə-2” klubunun 54 №-li futbolçusu Hüseyn Əhmədov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 320 manat cərimə olunub.

Bakcell U-17 Liqası

“Keşlə” – “Tufan” matçının 64-cü dəqiqəsində “Tufan” klubunun 2 №-li futbolçusu Qismət İbrahimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Oyunun 69-cu dəqiqəsində “Tufan” klubunun 3 №-li futbolçusu Musa Musayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqası

“Sabah” – “Viləş” matçının 73-cü dəqiqəsində “Viləş” klubunun inzibatçısı Çingiz Abbasov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

“Səbail” – “Neftçi” matçının 27-ci dəqiqəsində “Neftçi” klubunun 17 №-li futbolçusu Selcan Şirinov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Koka Kola U-13 Liqası

“Sabah” – “Səbail” matçının 41-ci dəqiqəsində “Sabah” klubunun 16 №-li futbolçusu Xəlil Müsəlli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-12 Liqasının

“Qələmçə” (Ağstafa) – “Qazax Gəncləri” (Qazax) matçının 3-cü dəqiqəsində “Qazax Gəncləri” klubunun 6 №-li futbolçusu Fəxri Musayev komanda yoldaşını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-10 Liqası

UGİM (Yevlax) –UGİM (Ağdaş) matçında UGİM (Ağdaş) komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

“Çərəkə” (Göyçay) – “Kürdəmir Gİİ” matçında “Kürdəmir Gİİ” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 qızlar Liqası

“Fidan” (Bakı) – “Keşlə” FK (Bakı) matçında “Fidan” (Bakı) komandasının heyətində yaş limiti pozulduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

UGİM (Qax) – “Zaqatala” FK matçında “Zaqatala” komandasanın heyətində yaş limiti pozulduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

UGİM (İsmayıllı) – “Xan Lənkəran” matçında “Xan Lənkəran” komandasının heyətində yaş limiti pozulduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Azərbaycan çempionatının II dəstəsi

“Obolon” – SAB matçının 22-ci dəqiqəsində SAB klubunun 6 №-li futbolçusu Vüsal Nəsirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.