30.10.2018 16:47
2261

Topaz Premyer Liqasının 9-cu turunda keçirilən "Neftçi"-"Qarabağ” oyunun ilk hissəsində zədələnərək əvəzlənən Məhəmməd Mirzəbəyovun ("Neftçi) vəziyyətinə aydınlıq gəlib. Tibbi baxışdan sonra məlum olub ki, müdafiəçinin qarın əzələlərində yırtıq var. 27 yaşlı futbolçu təxminən 1 ay müalicə olunandan sonra fərdi məşqlərə başlayacağı bildirilir.
Qeyd edək ki, "Neftçi"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov cari çempiontın arxada qalan 9 turunun 7-də 90 dəqiqə meydanda olub.