
Bu gün İntizam komitəsi növbəti iclasında yenə bir texniki məğlubiyyət qərarı verib. Bu dəfə protokol xətası baş verməyib,amma çempionatın əsasaməsi pzulub. İntizam Komitəsi bu xətanı limitin pozulması kimi dəyərləndirərərək "Səbail-2" komandasını cəzalandırıb. Hadisə Birinci Divizionun VIII turunda keçirilən "Neftçi-2" -"Səbail-2" komandalarının oyununda baş verib. Belə ki, oyunun 90+2-ci dəqiqəsində "Səbail" 2001-ci il təvəllüdlü futbolçunun əvəzinə meydana 1997-ci il təvəllüdlü oyunçu buraxıb. Bununla da çempionatın əsasnaməsinin tələbi pozulub. Oyunun son dəqiqələrində buraxılan bu "quş" "Səbail"ə baha başa gəlib. 1:1 hesabı ilə başa çatan oyunun nəticəsi ləğv edilərək "Səbail"ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bu, çari mövsümdə PFL-in bayrağı altında keçirilən oyunlarda qeydə alınan 3-cü texniki məğlubiyyətdir. Maraqlıdır ki, hər üç hadisə "Səbail" kubunun iştirakı ilə keçirilən oyunlarda baş verib. Onlardan ikisi Premyer Liqada, biri isə Birinci Divizionda. Primyer Liqadakı hadisələrdə "Səbail"in lehinə, Birinci Diviziondakı hadisədə isə "Səbail"in əleyhinə qəraralar verilib.