cümə, 18 iyul 2025

DÜNYA FUTBOLU

Tanınmış futbolçu iki oyunluq cəzalandırılıb - VİDEO

30.10.2018 18:50 Oxundu 2546

Qazaxıstan Futbol Federasiyası "Kayrat" klubunun futbolçusu Andrey Arşavini iki oyunluq diskvalifikasiya edib.

Buna səbəb 37 yaşlı futbolçunun Premyer Liqanın XXXI turunda "İrtış"a 0:1 hesabı ilə məğlub olduqları oyunda rəqib futbolçunu vurması olub.

Rusiya millisinin sabiq futbolçusu görüşün 86-cı dəqiqəsində rəqibi bilərəkdən vuraraq yerə yıxıb.

Qeyd edək ki, "Kayrat"ın "İrtış"a 0:1 hesabı ilə uduzduğu matçdan sonra Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın çıxış etdiyi "Astana" klubu ardıcıl beşinci dəfə ölkə çempionu olub. Arşavinin komandası isə çempionatın gümüş medalını qazanıb. Təcrüvəli forvard 2016-cı ildən "Kayrat"ın şərəfini qoruyur. (Report)

video