31.10.2018 15:47
2645
2645

“Real”ın kapitanı Serxio Ramos komandanın düşdüyü çətin duruma münasibətini bildirib.
İspaniyalı yarımmüdafiəçi bu barədə şəxsi Tvitter hesabında yazıb. O, indiki vəziyyətdə danışaq yox, iş görmək lazım olduğunu qeyd edib:
“Biz problemlərimizi bilirik. Yaranmış vəziyyətə görə məsuliyyətimizi hiss edirik. Ancaq indi danışmaq yox, hərəkət etmək vaxtıdır”.
Qeyd edək ki, Madrid klubu La Liqada ardıcıl 5 oyundur ki, qalib gələ bilmir. Paytaxt təmsilçisi Xulen Lopeteqinin qovulmasından sonra baş məşqçi axtarışındadır. (Qol.az)