cümə, 18 iyul 2025

BİZİM FUTBOL

"Qarabağ" stadionu dəyişir

01.11.2018 14:24 Oxundu 2569

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb. Müraciətdə ev oyunlarının keçirildiyi “Azersun Arena”nın işıqlandırma sistemində nasazlıqlar yarandığına və təmirə ehtiyac duyulduğuna görə “Qarabağ” və “Qarabağ-2” komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub. Mövcud vəziyyəti araşdıran Peşəkar Futbol Liqası Topaz Premyer Liqasının X turunun “Qarabağ” – “Sumqayıt” görüşünün Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə razılıq verib.

I Divizionun IX turunun “Qarabağ-2” – MOİK qarşılaşması isə 2 noyabr tarixindən 3 noyabr tarixinə keçirilib. Amma oyunun “Azersun Arena” keçirilməsi qərara alınıb.