01.11.2018 14:33
2369

AFFA-nın Futbol akademiyasında A kateqoriyalı məşqçi kursunun ilk mərhələsi davam edir. Oktyabrın 29-da başlayan bu mərhələyə sabah yekun vurulacaq. Məşğələləri Aslan Kərimov, Arif Əsədov, Osman Rəhimov və İlkin Hüseynov keçir.
Xatırladaq ki, A kateqoriyalı məşqçi kursu fasilələrlə gələn ilin mart ayınadək davam edəcək.
Mənbə: affa.az