
FİFA 2 yeni turnirin yaradılmasını təklif edir, UEFA isə bunun etirazla qarşılayır. Bu barədə Financial Times məlumat verir.
FİFA rəhbərliyi Yaponiyanın media korparasiyası olan SoftBank Group başda olmaqla Beynəlxalq İnvestorlar Konsorsiumu ilə ilə iki yeni turnirin təşkili barədə danışıqlara başlayıb. İlkin danışıqlarda SoftBank Group 2021-ci ildən başlayaraq 12 il müddətinə klublar arasında dünya çempuinatının genişləndirilməsinə və dünyanın aparıçı milli komandaları arasında yeni turnirin təşkilinə 25 milyard dollar ayırmağı vəd edib.
Hazırda FİFA prezidenti Canni İnfantino klublararası dünya çempionatının formatının dəyişdirilməsini təklif edir. Onun təklifinə görə Konfederasiya Kubokunun əvəzinə Klublararası dünya çempionatı keçirilsin və iştirakçıların sayı 6-dan 64-ə qədər artırılsın. Bundan başqa İnfantino dünyanən ən yaxşı 8 milli komandasının iştirakı ilə Dünya Liqası yaradılmasını və iki ildən bir yarışlar keçirilməsi təşəbbüsünü də irəli sürüb
UEFA isə İnfantinonun planını Çempionlar Liqası və Millətlər Liqası turnirləri üçün təhlikə kimi görür. Hazırda UEFA Çempionlar Liqasının sponsorlarından və yarışların translasıyasından ildə 2.5 milyard avro gəlir götürür. Millətlər Lİqasında isə Avropanın bütün 55 ölkəsi iştirak etdiyindən UEFA bu turnirin təhlükəyə düşməsini istəmir. Bundan başqa, mənbənin məlumatına görə, Relevent Sports kompaniyası bundan xeyli əvvəl Klublar arası dünya çempionatına alternativ olan bir turnirin təşkili ilə əlaqədar olaraq UEFA ilə danışıqlar aparıb. Ehtimal olunur ki, UEFA nın nəzarəti altında alternativ klublar çempionatının yaranması ehtimalı İnfantinonu alternativ yollar axtarmağa məcbur edib və yuxarıda xatırlanan təkliflər meydana çıxıb.
Relevent Sports Avropanın nəhəng klublarının iştirak etdiyi Beynəlxalq Çempionlar Kubokunun təşkilatçısıdır. Bu kompaniyanın amerikan milyarderi Stiven Rossla (. "Forbes" jurnalı onun sərvətini 7.6 milyard dollar səviyyəsində dəyərləndirir ) əlaqələri var. Ross eyni zamanda Şimali Amerika Milli futbol Liqasının üzvü "Mayami Dolfins" klubunun sahibidir. Sonradan Relevent Sports FİFA ilə də anoloji danışıqlar aparıb. Əslində Relevent Sports eç bir təşkilatın əleyhinə çıxmır, onun istəyi yeni turnirlərin təşkilatçılarından olmaqdır.
Tərkibində 38 peşəkar liqanı birləşdirən Dünya Liqaları Forumu (World Leagues Forum) artıq İnfantinonun təklifinə qəi etirazını bildirib. Etirazlarla qarşılaşan İnfantino FİFA Şurasının oktyabrda Ruandanın paytaxtı Kİqalidə keçirilin iclasında qitə təşkilatlarının rəbərliyinə hər birinə yaradılacaq İşci Qrupun tərkibinə iki nümayəndə verməyi təklif edib.
UEFA prezidenti Aleksandr Çeferin İnfantino islahatlarının əleyhidarı olan olan iki namizədini müəyyənləşdirib. Bunlar italyan Andrea Anelli və britaniyalı Riçard Skudamoradır. Anelli "Yuventus"un prezidenti və özündə Avropanın aparıcı klublarını birləşdirən Avropa Klublar Assosiyasiyasının sədridir. Skudamora isə İngiltərə Premyer Liqasının icraçı direktoruvə Dünya Ligalar Forumunun rəhbəridir. "Çeferin istəyir ki, İşçi Qrupunda UEFA-nı elə nüfuzlu futbol funksionerləri təmsil etsin ki, infantino onlarla hesablaşmağa məcbur olsun".- mənbə bildirir.
İnfantinionun islahatları ilə bağlı son qərar martın 14-də Mayamidə keçiriləcək FİFA Şurasının iclasında qəbul oluna bilər.
Hələlik isə maraqların ciddi toqquşması posesi davam edir.