01.11.2018 18:43
2887

Yamayka Futbol Federasiyasının prezidenti Maykl Rikkins yüngül atletiko üzrə səkkiz dəfə olimpiya çempionu Useyn Boltun milli futbol komandasına çağırıla biləcəyini bildirib.
- Mən çox məyusam ki, Bolt Yamayka klubu ilə deyil, xarici klubla müqavilə bağladı. Əgər burda olsaydı biz onun oyununu daha yaxından müşahidə edə bilərdik. Hər halda yenə onu diqqətimizda saxlayacağıq, əgər milli komandanın səviyyəsinə uyğun olduğunu sübut edərsə, o, düşərgəmizə dəvət ediləcək, Yamayka Futbol Federasiyasının prezidenti Maykl Rikkins deyib.