01.11.2018 18:55
2624

"Barselona"nın mərkəz hücumçusu Luis Suares ünvanına söylənilən tənqidlərə və Kataloniyalıların yeni hücuçu axtarıçında olmasına münasibətini bildirib.
- Klubumun yeni hücumcu axtaraşına normal yanaşıram. Mən bütün ömrüm boyu futbol oynaya bilmərəm. Hazırda 31 yaşım var. Bir gün gələn, bir gün də getməlidir. Vaxt gəlibsə, getməliyəm. O ki, qaldı ünvanıma deyilən tənqdlərə, bu da gözlənilməz deyil. Mən peşəkaram, əgər işlərim yolunda deyilsə, tənqid olunmalıyam. Çalışıb çatışmazlıqlarımı düzəltməliyəm, - Mundo deportivo futbolçudan sitat gətirir.