cümə, 18 iyul 2025

DÜNYA FUTBOLU

Azərbaycanda oynamış futbolçu vida matçına çıxır

02.11.2018 12:28 Oxundu 2179

“Kəpəz” və “Simurq”un sabiq futbolçusu Kristap Qrebis karyerasını bitirməyə hazırlaşır.

38 yaşlı hücumçu həftəsonu vida görüşünə çıxacaq.

Ölkəsində “Liepaya” klubunun formasını geyinən Qrebis Latviya çempionatının son turunu gözləmək fikrində deyil. O, vida mərasimini sonuncu ev matçında keçirmək fikrindədi. Bu üzdən noyabrın 4-də “Liepaya” – “Spartak” qarşılaşması Qrebisin axırıncı peşəkar oyunu olacaq.

Qeyd edək ki, 2000-ci ildən bəri peşəkar futbolla məşğul olan Kristap Qrebis 2011-2012-ci illərdə ölkəmizdə “Kəpəz” və “Simurq”un formasını geyinib. O, Latviya millisində də 13 matçda iştirak edib, 2 qola imza atıb. (Matç.az)