cümə, 18 iyul 2025

DÜNYA FUTBOLU

Məhəmməd Salah: "İlk dəfə 2012-ci ildə "Liverpul"a keçmək istəmişəm"

02.11.2018 13:04 Oxundu 2227

"Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salah hazırkı komandasına keçidi barədə düşüncələrindən danışıb.

- "Liverpul"un adını ilk dəfə eşidəndə 10-11 yaşım olardı. Onda mənim heç ağlıma da gəlməzdi ki, bir vaxtlar bu klubda oynayacam. Amma bu mənim arzum olub. Arzuların dalınca gedib, onları həyata keçirməyə çalışmalısan. Onda uğur qazanmaq olur. "Liverpul"da oynamaq arzusu ilk dəfə ağlıma 2012-ci ildə gəldi. Onda mən "Bazel"də oynayırdım. Elə o vaxtlar bir dəfə belə bir şans yarandı, amma nədənsə onda alınmadı. Ötən il yenidən bir şans qarşıma çıxanda düşünmədən qərar verdim və bu gün burdayam, - Salah "Liverpul"un mətbuat xidmətinə verdiyi müsahibədə deyib.