cümə, 18 iyul 2025

DÜNYA FUTBOLU

"Barselona"nın futbolçusu "Milan"ın hədəfində

02.11.2018 13:21 Oxundu 2605

"Barselona"nın futbolçusu Denis Suares qışda "Milan"a keçə bilər.

Bu barədə "Footbal Espana" nəşri xəbər yayıb. Bildirilir ki, İtaliya klubu yaxın günlərdə "Barsa"ya təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi "Barselona"da meydana nadir hallarda çıxır. Bu səbəbdən onun da klubunu dəyişmək istəməsi iddia edilir. (Qol.az)